Bank Of Baku

İsrailin Hindistandakı səfirliyinin yaxınlığında partlayış olub

İsrailin Hindistandakı səfirliyinin yaxınlığında partlayış olub
# 26 dekabr 2023 18:13 (UTC +04:00)

İsrailin Hindistandakı səfirliyinin yaxınlığında partlayış olub.

APA "India Today"a istinadən xəbər verir ki, Delhi polisinə ölkə paytaxtının diplomatik məhəlləsi olan Çanakyapuri bölgəsində yerləşən İsrail səfirliyinin arxasında baş vermiş partlayışla bağlı məlumat verilib.

Bildirilib ki, bu gün axşam saat 18:00 radələrində Delhi Yanğınsöndürmə Xidmətinə naməlum bir şəxsin zəngi əsasında səlahiyyətlilərə partlayış barədə məlumat verilib. Zəng edən şəxs partlayışın İsrail səfirliyinin arxasındakı boş ərazidə baş verdiyini iddia edib.

Hadisəni İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR