Bank Of Baku

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçib

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçib
# 05 noyabr 2024 00:41 (UTC +04:00)

İsrail ordusunun Livana hücumları zamanı ölənlərin sayı 3002-yə, yaralıların sayı isə 13492-yə yüksəlib.

APA xəbər verir ki, bu haqda Livanın Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir.

Açıqlamaya görə, dünən İsrailin Livanda həyata keçirdiyi hücumlarda 16 nəfər ölüb, 90 nəfər yaralanıb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.

Livan hökuməti köçkünlərin 539 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR