Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın və ABŞ dövlət katibinin müavini Vendi Şerman arasında Ankarada görüş baş tutub.
APA-nın yerli bürosunun "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər Ukraynadakı müharibənin tez bir zamanda sona çatmasının lazım olduğunu vurğulayıb.
Bundan əlavə, Kalın və Şerman Ukrayna-Rusiya arasında aparılan danışıqların nəticə verməsi üçün birgə səylərin artırılmasını razılaşdırılıb.