Bank Of Baku

Kambocanın Baş naziri 38 il sonra istefa verəcəyini açıqlayıb

Kambocanın Baş naziri 38 il sonra istefa verəcəyini açıqlayıb
# 26 iyul 2023 12:41 (UTC +04:00)

Kambocanın Baş naziri 38 il sonra istefa verəcəyini açıqlayıb.

APA Associated Press-ə istinadən xəbər verir ki, Kambocanın Baş naziri Hun Sen üç həftə ərzində istefa verəcəyini və bu vəzifəni böyük oğlu Hun Manetə təhvil verəcəyini bildirib.

Hun Sen qərarını Kamboca kralı Norodom Sihamoniyə bildirdiyini və kralın bununla razılaşdığını bildirib.

Hun Sen bu bəyanatı hakim Kamboca Xalq Partiyasının ölkədə keçirilən parlament seçkilərində Milli Assambleyada (parlamentin aşağı palatası) 125 yerdən 120-ni qazanmasından sonra verib.

45 yaşlı Hun Manet Kamboca Kral Silahlı Qüvvələrinin generalı və Kral Kamboca Ordusunun komandanıdır.

Hun Sen 38 ildən çoxdur ki, hakimiyyətdədir. O, 1985-ci ilin yanvarında Kambocanın Baş naziri vəzifəsini icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR