Şimali Koreya lideri Kim Çen In ölkədə istehsal edilən modernləşdirilmiş 240 mm-lik reaktiv yaylım atəş sisteminin sınaq atışlarında iştirak edib.
APA xəbər verir ki, bu barədə Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bundan əvvəl Kim Çen In Milli Müdafiə Akademiyasının Pilotsuz Vasitələrin Tədqiqat İnstitutu tərəfindən hazırlanmış PUA-ların sınaqlarına rəhbərlik edib.