“Bu gün Rusiya dünyanı nüvə silahının tətbiqi ilə hədələyir. Nəticədə qlobal səviyyədə nüvə təhlükəsi artmaqda davam edir”.
APA-nın “Nippon” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida Xirosima Qurbanlarının Xatirə Günü ilə bağlı mərasimdə bildirib.
O, eyni zamanda 79 il əvvəl Naqasaki və Xirosimada baş verənlərin təkrarlanmasının yolverilməzliyinə toxunub. Bununla belə, Yaponiya hökuməti başçısının çıxışında ABŞ-nin vaxtilə Naqasaki və Xirosima şəhərlərinə atom bombası atdığı faktına toxunmaması diqqət çəkib.