Bank Of Baku

KİV: HAMAS daimi atəşkəs müqabilində Qəzzada hakimiyyətdən imtina barədə təklifi rədd edib

KİV: HAMAS daimi atəşkəs müqabilində Qəzzada hakimiyyətdən imtina barədə təklifi rədd edib
# 25 dekabr 2023 17:56 (UTC +04:00)

HAMAS və onun müttəfiqi "İslami Cihad" hərəkatı daimi atəşkəs müqabilində Qəzza zolağında hakimiyyətdən imtina barədə Misirin təklifini rədd edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin təhlükəsizlik orqanlarından olan iki mənbə bildirib.

Mənbələrin verdiyi məlumata görə, Misir Qətər vasitəçilərinin də dəstəklədiyi, daha çox girovun azad edilməsi müqabilində atəşkəsi nəzərdə tutan və Qəzzada rəhbərliyin əsaslı şəkildə dəyişdirilməsi ilə daimi atəşkəslə bağlı daha geniş razılaşmaya imkan verəcək təkliflə çıxış edib. Misir HAMAS-a üzvlərinin təqib edilməyəcəyinə və mühakimə olunmayacağına dair təminat veriləcəyini və eyni zamanda seçkilərin keçirilməsini təklif edib, lakin HAMAS girovların azad edilməsindən başqa hər hansı güzəşti rədd edib.

Qeyd edək ki, Qəzzada hələ də 100-dən çox girovun saxlanıldığı güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR