Bank Of Baku

KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib

KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib
# 01 sentyabr 2024 06:14 (UTC +04:00)

2023-cü ilin oktyabr ayından İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti İordan çayının qərb sahilində 11 mindən çox hücum əməliyyatı keçirib, bu əməliyyatlar zamanı 600-dən çox terrorçu məhv edilib.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu reydlər zamanı 5 minə yaxın adam həbs edilib, onlardan 2 minə yaxınının radikal HƏMAS hərəkatının üzvü olduğu müəyyən edilib.

Bu müddət ərzində İsrail Hərbi Hava Qüvvələri İordan çayının qərb sahilində 70-ə yaxın hava hücumu həyata keçirib və nəticədə 100-ə yaxın terrorçu məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR