Bank Of Baku

KİV: İsrail "Al Mayadeen" telekanalının studiyasının olduğu binaya hücum edib

KİV: İsrail "Al Mayadeen" telekanalının studiyasının olduğu binaya hücum edib
# 24 oktyabr 2024 00:52 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənubunda, birinci mərtəbədə “Al Mayadeen” telekanalının studiyasının yerləşdiyi binaya raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, raket binanın ikinci mərtəbəsindəki mənzilə düşüb.

Ola bilsin ki, “Hizbullah” liderlərindən biri orada yaşayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər.

İnsan tələfatı ilə bağlı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR