İsrail döyüş gəmiləri bu gün səhər Qəzza zolağının cənubundakı sahil bölgəsini atəşə tutduğunu iddia edir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, Xan-Yunis şəhəri yaxınlığındakı sahil zolağı İsrail mərmilərinə tuş gəlib. Dəymiş ziyanla bağlı hələlik məlumat verilməyib.