Bank Of Baku

KİV: Makron gələn ay Monqolustana səfər etməyi planlaşdırır

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 28 aprel 2023 13:46 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron gələn ay Monqolustana səfər etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Isee” portalı məlumat yayıb.

Qeyd olunub ki, Makronun səfəri Monqolustanda AES tikintisi ilə bağlı ola bilər və səfər çərçivəsində Fransa şirkətləri tərəfindən AES tikintisinə dair sazişin imzalanması gözlənilir.

Bildirilib ki, Monqolustanın böyük uran ehtiyatları var və Fransanın “Badrah Energy” şirkəti ölkədəki uran yataqlarından birini işlədir, lakin buna baxmayaraq Monqolustan hazırda atom elektrik stansiyasına malik deyil.

Ölkənin elektrik enerjisinə olan tələbatının əsas hissəsi kömürlə işləyən istilik elektrik stansiyaları vasitəsilə təmin edilir və qismən Rusiyadan idxal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR