Bank Of Baku

KİV: Netanyahunun ürəyinə aritmiya nəzarət cihazı implantasiya edilib

Benyamin Netanyahu

© APA | Benyamin Netanyahu

# 16 iyul 2023 13:46 (UTC +04:00)

Tel HaShomer Sheba xəstəxanasının kardioloqları İsrailin baş naziri Binyamin Netanyahunun ürəyinə ürək aritmiyalarını izləmək üçün cihaz yerləşdiriblər.

APA xəbər verir ki, bu barədə bazar günü Yedioth Ahronoth qəzeti Şeba Mərkəzinin kardioloqu, professor Yehuda Adlerə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, implantasiyanın köməyi ilə həkimlər nəinki baş nazirdə ciddi ürək ritm pozğunluqlarının qarşısını almağı, həm də onun səhhətinin pisləşməsinin səbəbini öyrənməyi planlaşdırır. Nəşrə müsahibəsində Adler onu da qeyd edib ki, şəxsi həkimi Netanyahunun Şeba mərkəzində xəstəxanaya yerləşdirilməsini tövsiyə edib. Kardioloq vurğulayıb ki, İsrailin baş nazirinə iş yükünü azaltmağı şiddətlə tövsiyə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR