Bank Of Baku

KİV: Qəzzada atəşkəs danışıqları növbəti həftə bərpa olunacaq

KİV: Qəzzada atəşkəs danışıqları növbəti həftə bərpa olunacaq
# 25 iyul 2025 13:31 (UTC +04:00)

Qəzzada atəşkəs üzrə danışıqlar növbəti həftə bərpa olunacaq. Hazırda İsrail tərəfi HAMAS-ın mövqeyini öyrənir.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Al Qahera News TV” yayıb.

İddiaya əsasən, İsrailin nümayəndə heyəti iyulun 24-də baş nazir Benyamin Netanyahunun tələbi ilə məsləhətləşmələr üçün geri qayıdıb. Bundan sonra ABŞ- rəsmiləri də Vaşinqtona çağırılıb.

Telekanalın süjetində həmçinin, hər iki tərəfin razılaşma əldə olunması məqsədilə daxildən ciddi təzyiqlərə məruz qaldığı qeyd edilib.

O da bildirilib ki, Qəzza bölgəsində hökm sürən ərzaq çatışmazlığı vəziyyəti bir qədər də mürəkkəbləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR