Bank Of Baku

KİV: "Taliban" Kabil hava limanında hərbi sektorun bir hissəsini ələ keçirib

KİV: "Taliban" Kabil hava limanında hərbi sektorun bir hissəsini ələ keçirib
# 28 avqust 2021 00:36 (UTC +04:00)

“Taliban” Kabildə hava limanının hərbi sektorunun bir hissəsini nəzarətə götürüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Bilal Kərimi bildirib.

“Bu gün Kabil hava limanının hərbi hissəsindəki üç əhəmiyyətli yer amerikalılardan azad edildi və İslam Əmirliyinin (“Taliban” özünü belə adlandırır – Red.) nəzarəti altındadır”, - deyə “Agence France-Presse” agentliyi Kərimidən sitat gətirib.

Onun sözlərinə görə, hazırda hava limanının kiçik bir hissəsi amerikalılardadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR