Bank Of Baku

KİV: "Taliban" Qəndahar və Herat şəhərlərini ələ keçirib - YENİLƏNİB

Qəndəhar, Əfqanıstanın ikinci böyük şəhəri

© APA | Qəndəhar, Əfqanıstanın ikinci böyük şəhəri

# 12 avqust 2021 19:58 (UTC +04:00)

 

"Taliban" Hərəkatı Əfqanıstanın üçüncü ən böyük şəhəri olan Herata nəzarəti ələ keçirib.

APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi Əfqanıstan Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

***

19:21

"Taliban" Hərəkatı Əfqanıstanın cənubunda ölkənin ikinci ən böyük şəhəri olan Qəndahara nəzarəti ələ keçirib.

APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Qəndahar aeroportu da fəaliyyətini dayandırıb.

"Taliban" Hərəkatının artıq ölkənin üçüncü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin etdiyi, şəhərdəki polis idarəsinin binasını zəbt edildiyi bildirilir.

Qeyd edək ki, iyulun əvvəlindən başlayaraq "Taliban" Hərəkatı İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəddəki rayonları ələ keçirib. Eyni zamanda, bir sıra vilayət mərkəzləri - Cauzcan, Sari-Pul, Qunduz, Nimroz, Taxar, Samanqan və Farah şəhərləri taliblərin nəzarətinə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR