Yaponiya əlavə sanksiyalar çərçivəsində Rusiyaya işlənmiş avtomobillərin ixracını qadağan edəcək.
APA "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiya Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə görə əlavə iqtisadi sanksiyalar çərçivəsində bu ölkəyə işlənmiş avtomobillərin ixracını qadağan etməyə hazırlaşır.
Yaponiya keçən ilin aprel ayından Rusiyaya dəyəri 6 milyon yendən (43 min dollar) çox olan dəbdəbəli avtomobillərin daşınmasını qadağan etsə də, mənbələr gözlənilən əlavə sanksiyaların 1900 m3 çox benzin və ya dizel mühərrikli, eləcə də hibrid və elektrik mühərrikli avtomobilləri əhatə edəcəyini bildiriblər. Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə əvvəlki illə müqayisədə 30 faiz azalaraq 603,9 milyard yen təşkil edib.