Bank Of Baku

KİV: Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın baş verib

KİV: Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın baş verib
# 17 avqust 2021 03:52 (UTC +04:00)

Yaponiyanın "Hamaoka" Atom Elektrik Stansiyasının Şizuoka prefekturasında yerləşən turbin salonunda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

“Chubu electric power” stansiyasının operatoru bildirib ki, stansiyanın beşinci reaktorunun turbin salonunda yayılan tüstü səbəbindən yanğın siqnalı işə düşüb.

Zərərçəkənlər haqqında heç bir məlumat verilməyib. “Hamaoka” stansiyasında və ondan kənarda radiasiya səviyyəsində heç bir dəyişiklik qeydə alınmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR