Bank Of Baku

Kuleba Pakistanda Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını müzakirə edəcək

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 20 iyul 2023 10:34 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Pakistana gedəcək.

APA Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Dmitri Kuleba bu gün Pakistana səfər edəcək.

Ukraynalı nazir İslamabadda Pakistan Baş naziri Şahbaz Zərif və XİN rəhbəri Bhutto Zərdari ilə görüşlər keçirəcək.

Ukrayna XİN-in verdiyi məlumata görə, danışıqların əsas mövzuları Rusiyanın “Taxıl sazişi”ndən çıxmasından sonra ərzaq təhlükəsizliyinin təminatı, Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh Formulasına dəstək və Ukrayna-Pakistan ikitərəfli əməkdaşlığının aktivləşdirilməsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR