“Hizbullah” qruplaşması Livandan İsrailə təxminən 100 mərmi atıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail Ordusu İsrail dövlətini və xalqını "Hizbullah" terror təşkilatının yaratdığı təhlükədən müdafiə etməyə davam edəcək” – məlumatda deyilir.