Bank Of Baku

Livanın sabiq iqtisadiyyat naziri maliyyə cinayətlərində ittiham olunaraq həbs edilib

Livanın sabiq iqtisadiyyat naziri maliyyə cinayətlərində ittiham olunaraq həbs edilib
# 12 iyun 2025 03:11 (UTC +04:00)

Livanın sabiq iqtisadiyyat və ticarət naziri Əmin Salam respublikanın baş prokuroru Camal Həccarın əmri ilə həbs edilib.

APA xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti Livanın məhkəmə sistemindəki mənbəyə istinadən məlumat yayıb.

Salam saxtalaşdırma, dövlət vəsaitlərini mənimsəmə və sığorta şirkətlərindən pul tələb etmədə ittiham olunur. May ayında o, müstəntiqlər tərəfindən dəfələrlə dindirilib, bundan sonra ev dustaqlığına buraxılıb.

Qəzetin mənbəsinin məlumatına görə, keçmiş nazir çərşənbə günü həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR