Liviyanın cənubundakı Sebha şəhərində nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayıcı quraşdırılmış avtomobilin partladılması nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun (LMO) xüsusi təyinatlı qüvvələrinin sözçüsü “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun məlumatına görə, kamikadze bomba quraşdırılmış avtomobillə nəzarət-buraxılış məntəqəsinə hücum edib, nəticədə şəhərin cinayət axtarış şöbəsinin müdiri və şəxsiyyəti hələlik müəyyən olunmayan daha üç nəfər ölüb.
Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb, şəhərin təhlükəsizlik şöbəsinə məxsus üç maşın yanıb.