Bank Of Baku

Mahmud Vaezi Şahin Mustafayevlə görüşüb

Mahmud Vaezi  və Şahin Mustafayev

© APA | Mahmud Vaezi  və Şahin Mustafayev

# 31 may 2021 11:51 (UTC +04:00)

“İran və Azərbaycan arasında əlaqələr bütün sahələrdə strateji səviyyəyə yüksəlib”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Administrasiyasının  rəhbəri Mahmud Vaezi  Azərbaycan Baş nazirinin müavini  Şahin Mustafayevlə görüşündə deyib.

M.Vaezi iki ölkə arasında əlaqələrin hər gün  möhkəmlənməsinin  Azərbaycan və İran xalqlarının xeyirinə  olduğunu vurğulayaraq müştərək layihələrin, xüsusilə enerji və nəqliyyat sahəsində  layihələrin icrasının tezləşdiirlməsinin zəruriliyini vurğulayıb.

M.Vaezi  Azərbaycan və İran arasında mədəni, tarixi və mili bağlılıqları iki ölkənin münasibətlərinin inkişafında təkanverici amil kimi dəyərləndirib və qeyd edib ki,  bu gün bu əlaqələr prezidentlərin iradəsi ilə  bütün sahələrdə strateji səviyyəyə yüksəlib: "İran İslam Respublikası bütün həssas şəraitdə və müxtəlif vaxtlarda Azərabycan xalqı və dövlətinin yanında olub.  İki ölkə arasında möhkəm əlaqələr mövcduddur və bütün sahələrdə münasibətlər genişləndirilir".

Şahin Mustafayev İranla münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu deyib: "İki ölkə arasında əlaqələr  son illər ən yüksək səviyyədə qurulub, bu sahədə prezidentlərin siyasi iradəsi çox təsiredici rol oyanayıb”.

O qeyd edib ki,  Azərbaycan və İran arasında əməkdaşlıq üçün müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat,  kənd təssərüfatı, sənaye,  turizm  sahələrində geniş potensial mövcuddur: "Qərara almışıq ki,  bu potensialı daha da aktivləşdirək. Koronavirus hələ də iki ölkənin ticarət əlaqələrində maneə yaradır.  Lakin buna baxmayraq, ik ölkə arasında əlaqələr 27 faiz artıb.  Bu müddətdə bir gün belə iki ölkə arasında  tranzit dayandırılmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR