Məhəmməd Baqiri ilə Səudiyyə Ərəbistanının müdafiə naziri telefonla danışıb

Məhəmməd Baqiri ilə Səudiyyə Ərəbistanının müdafiə naziri telefonla danışıb
# 30 noyabr 2023 13:00 (UTC +04:00)

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman arasında telefon danışığı olub.

APA xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında silahlı qüvvələrin əməkdaşlıq səviyyəsinin yüksəldilməsinin vacibliyi vurğulanıb.

Baqiri iki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və İslam ölkələri dövlət başçılarının fövqəladə Zirvə toplantısına ev sahibliyi etdiyinə görə, Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib.

General-mayor İranın iki ölkə arasında hərbi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanının müdafiə naziri iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın səviyyəsinin yaxşılaşdırılmasını alqışlayıb.

Tərəflər bir-birlərini öz ölkələrinə səfərə dəvət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR