Misir Türkiyəyə səfir təyin edib.
APA-nın "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Amr əl-Hamamini Türkiyədə səfir təyin edib.
Misir Prezidentinin bununla bağlı sərəncamı rəsmi mətbuatda dərc edilib.
Qeyd edək ki, bundan əvvəl Salih Mutlu Şen Türkiyənin Misirdə səfiri təyin olunub.