Bank Of Baku

Misir və Türkiyə 10 il sonra qarşılıqlı səfir təyin edir

Misir və Türkiyə 10 il sonra qarşılıqlı səfir təyin edir
# 04 iyul 2023 11:05 (UTC +04:00)

Türkiyə və Misir Ərəb Respublikası iki ölkə arasında diplomatik əlaqələrin səfirliklər səviyyəsinə qaldırıldığını elan edib.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, Türkiyənin Qahirədəki səfiri vəzifəsinə Salih Mutlu Şenin, Misirin Ankaradakı səfiri vəzifəsinə Amr Elhamaminin namizədliyini irəli sürülüb.

Bu addım iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yönəlib və ikitərəfli münasibətləri türk və Misir xalqlarının maraqlarına uyğun inkişaf etdirmək üçün qarşılıqlı iradəni əks etdirir.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında diplomatik əlaqələr 2013-cü ildən kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR