Bank Of Baku

Misirdə çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı doqquza çatıb

Misirdə çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı doqquza çatıb
# 28 iyun 2023 06:19 (UTC +04:00)

Misirin İsgəndəriyyə şəhərində uçan 13 mərtəbəli binanın dağıntı nəticəsində ölənlərin sayı 9-a çatıb.

Bu barədə APA yerli mülki müdafiə idarəsinin bəyanatına istinadən xəbər verir.

"Ölənlərin sayı indi 9-a çatıb", - məlumatda deyilir.

Bundan başqa, Misirin hüquq-mühafizə orqanları binanın sahibini və 4 podratçını saxlaya biliblər.

Misirin şimalında 13 mərtəbəli binanın uçması iyunun 26-da məlum olub. Nəticədə park edilmiş avtomobillərə və binanın altındakı mağazalara ziyan dəyib. Dağıntılar arasında yanğın baş verib, yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR