Bank Of Baku

MİT Suriya və İraqda PKK-ya aid 157 nöqtəni vurub

MİT Suriya və İraqda PKK-ya aid 157 nöqtəni vurub
# 26 oktyabr 2024 21:02 (UTC +04:00)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinə (TÜSAŞ) edilən hücumdan sonra Suriya və İraqın şimalında 157 nöqtədə əməliyyat keçirərək terror təşkilatı PKK-ya aid binaları, silah və sursat anbarlarını məhv edib.

APA xəbər verir ki, Ankarada baş vermiş terror hücumundan sonra PKK-ya qarşı başladılan əməliyyatlar bu günə qədər davam etdirirlib.

Bu çərçivədə 23-26 oktyabr tarixləri arasında Suriya və İraqın şimalında terror təşkilatı PKK-ya aid 157 məntəqəyə qarşı əməliyyat keçirilib.

Nəticədə təşkilatın binaları, silah və sursat anbarları dağıdılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR