Monqolustanda 137 vəba xəstəliyi ocağı aşkar edilib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Monqolustan Milli Zoonoz Xəstəliklərin Tədqiqi Mərkəzi “Zoonoz infeksiyaların problemləri” 25-ci beynəlxalq konfransında bildirib. Qeyd olunub ki, vəba ocağı o cümlədən Rusiya Federasiyası ilə sərhəddə də aşkarlanıb.
Tıva Respublikası ilə həmsərhəd olan şimal-qərb Uvs vilayətində bubon vəbasının təbii ocaqları Rusiya sərhədinə ən yaxındır.
Sonuncu dəfə Uvs vilayətində tədqiqatlar 2022-ci ildə aparılıb, o zaman Rusiya və Monqolustan epidemioloqları xəstəliyin təbii ocağının aktivliyinin artdığını aşkar ediblər.