Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefonla danışıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon söhbətində M.Çavuşoğlu iyunun 14-də keçiriləcək NATO sammiti hazırlıqları ilə bağlı Y.Stoltenberqlə fikir mübadiləsi aparıblar. Bundan başqa, NATO-nun qarşıdakı 10 ildəki istiqamətinin təyin edilməsi və Əfqanıstandakı son hadisələr barədə müzakirələr aparıblar.