Myanmada hakimiyyətdə olan hərbi xunta bu gün Yeni İl münasibətilə 3000-dən çox məhbusa amnistiya elan edib.
APA xəbər verir ki, bu barədə məlumatı Myanma Dövlət İdarəetmə Şurası yayıb.
Amnistiya tətbiq olunan şəxslər sırasında 100-ə yaxın əcnəbi vətəndaşın da yer aldığı qeyd olunub. Onların siyasi məhbus olub-olmadığı hələlik məlum deyil.
Azad ediləcək xaricilərin arasında beş nəfər Şri-Lanka vətəndaşının olduğu bildirilib, lakin qalanlarının milli mənsubiyyətləri barədə məlumat verilməyib.