Myanmanın mərkəzi hissəsini vuran qasırğada həyatını itirənlərin sayı 8-ə yüksəlib.
APA MRTV televiziyasına istinadən xəbər verir ki, aprelin 21-də ölkənin mərkəzi hissəsinə təsir edən şiddətli qasırğada daha 2 nəfər ölüb.
Təxminən 40 dəqiqə davam edən qasırğa nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib.
Qeyd edək ki, 128 nəfərin xəsarət aldığı qasırğada 200-dən çox evə ziyan dəyib.
Əvvəlcə bildirilmişdi ki, aprelin 21-də Myanmanın mərkəzi hissəsində güclü qasırğa baş verib və 4-ü qadın olmaqla 6 nəfər həyatını itirib.