Bank Of Baku

Nazirlik: Qəzzada hər gün 80-dən çox fələstinli ölür

Nazirlik: Qəzzada hər gün 80-dən çox fələstinli ölür
# 20 oktyabr 2024 15:20 (UTC +04:00)

İsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 84 fələstinli ölüb, 160-a yaxın fələstinli yaralanıb.

APA xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.

“Son 24 saat ərzində Qəzzada 84 nəfər ölüb, 158 nəfər yaralanıb”, - deyə idarənin Telegram kanalında dərc olunan xülasədə bildirilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən İsrailin təcavüzü qurbanlarının ümumi sayı 42 603 nəfərə çatıb, 99 795 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR