Nepalda avtomobil qəzası nəticəsində 14 nəfər ölüb.
APA “Sinxua”ya istinadən xəbər verir ki, hadisə ölkənin şərqində baş verib.
Bildirilib ki, avtomobil qəzası zamanı ən azı 14 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.
Qəzanın səbəbləri hələlik məlum deyil.