Netanyahu: İran nüvə silahını regiondakı tərəfdaşlarına verməyi planlaşdırırdı

Netanyahu: İran nüvə silahını regiondakı tərəfdaşlarına verməyi planlaşdırırdı
# 14 iyun 2025 22:55 (UTC +04:00)

İran yalnız nüvə silahı əldə etməyə çalışmayıb, eyni zamanda onu Yaxın Şərqdəki tərəfdaşlarına ötürmək niyyətində olub.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində bildirib.

“Əlimizdə olan məlumata əsasən, bu prinsipsiz rejim hazırlayacağı nüvə silahını öz terrorçu peyklərinə ötürməyi planlaşdırırdı. Bu, nüvə terrorizminin pik nöqtəsidir. Bu, bütün dünya üçün ciddi təhlükə olardı”, – deyə Netanyahu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR