Bank Of Baku

Netanyahu İsrailin atəşkəs təklifi almadığını bildirib

Netanyahu İsrailin atəşkəs təklifi almadığını bildirib
# 29 oktyabr 2024 02:55 (UTC +04:00)

İsrail dörd girovun azad edilməsi müqabilində Qəzza zolağında iki günlük atəşkəs təklifi almayıb.

APA xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu bu barədə oktyabrın 28-də Likud partiyasının fraksiyasında danışıb.

Baş nazirin ofisindən verilən açıqlamada isə bildirilib ki, belə bir təklif olsaydı, baş nazir bunu dərhal qəbul edərdi.

Qeyd edək ki, oktyabrın 28-də Qətərin paytaxtı Dohada İsrail və “HƏMAS” arasında danışıqların yeni mərhələsi başlayıb. Bu, iki aydan çox fasilədən sonra ilk görüşdür. Burada ABŞ, İsrail və Qətərin yüksək səviyyəli nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR