İsrailin Baş naziri Benyamin Netanyahu Livanda rabitə qurğularının partlayışlarından sonra ilk dəfə həmvətənlərinə müraciət edərək, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
APA xəbər verir ki, Baş nazirin videomüraciətini Netanyahunun ofisi yayıb.
“Mən demişdim ki, biz şimalda yaşayan sakinləri sağ-salamat öz evlərinə qaytaracağıq. Və biz məhz bunu edəcəyik”, - Natanyahu vurğulayıb.