Bank Of Baku

Oman Hörmüz boğazında gəmilərin iki marşrut üzrə hərəkətini təklif edib

Oman Hörmüz boğazında gəmilərin iki marşrut üzrə hərəkətini təklif edib
# 12 iyul 2026 01:25 (UTC +04:00)

Oman Hörmüz boğazında gəmiçiliyin iki marşrut üzrə təşkilini təklif edib. Hər marşrut üçün ayrıca idarəetmə rejiminin tətbiqi nəzərdə tutulur.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, təklif hələ yekun şəkildə razılaşdırılmayıb. Plana əsasən, hər iki dəhlizin gəmilər üçün açıq olması nəzərdə tutulur.

Omanın ərazi sularından keçən cənub dəhlizi müharibədən əvvəlki şərtlərlə fəaliyyət göstərəcək və gəmilər bu marşrutdan sərbəst şəkildə keçə biləcəklər.

Hörmüz boğazını “şimal dəhlizi” adlandırılan marşrutla keçən gəmilər isə əvvəlcədən İrandan icazə almalı olacaqlar. Bununla belə, keçid üçün hər hansı ödənişin tutulması nəzərdə tutulmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR