Bank Of Baku

Oman XİN: İran və ABŞ məhbus mübadiləsi razılaşmasına yaxındır

Oman XİN: İran və ABŞ məhbus mübadiləsi razılaşmasına yaxındır
# 15 iyun 2023 09:45 (UTC +04:00)

“İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı razılığa gəlməyə yaxındır. Tərəflər məhbusların azad edilməsi ilə bağlı razılaşmanın təfərrüatlarını aydınlaşdırır”.

APA xəbər verir ki, bu barədə Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi “Al-Monitor”a açıqlamasında bildirib.

Nazir İran və ABŞ-ın mümkün məhbus mübadiləsinə dair razılaşmaya yaxın olduğunu deyib: “Deyə bilərəm ki, Tehran və Vaşinqton məhbusların mübadiləsinə dair razılaşmanı yekunlaşdırmağa yaxındır. Yəqin ki, yalnız texniki məsələlərin müzakirəsi qalıb”.

O, hazırda İranın nüvə fəaliyyətləri ətrafında müsbət atmosferin olduğunu vurğulayıb: “Mən Vaşinqton və Tehranın nüvə sazişini canlandırmaq səylərində ciddiliyini hiss edirəm. Çünki onların müzakirəçiləri İranın sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətini məhdudlaşdırmağa razı olduğu 2015-ci il nüvə sazişini xilas etməyə çalışır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR