Bank Of Baku

Ömər Çelik: Türkiyə Qəzzada humanitar fasilənin daimi atəşkəsə vəsilə olacağına ümid edir

Ömər Çelik: Türkiyə Qəzzada humanitar fasilənin daimi atəşkəsə vəsilə olacağına ümid edir
# 27 noyabr 2023 18:21 (UTC +04:00)

Türkiyə Qəzzada əldə edilən humanitar fasilənin daimi atəşkəsə vəsilə olacağına ümid edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Qəzzaya humanitar yardımların fasiləsiz şəkildə çatdırılması üçün əlindən gələni etməyə davam edəcək.

Ömər Çelik onu da əlavə edib ki, bir çox dünya liderləri artıq Qəzzada daimi atəşkəsə çağırış etsələr də, Benyamin Netanyahu hökuməti bu addıma müsbət yanaşmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR