Özbəkistan və Almaniyanın hakimiyyət orqanları miqrasiya sahəsində saziş imzalayıblar.
APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
“Əmək miqrasiyası sahəsində sazişin imzalanması məmnunluqla qeyd olunub”, - məlumatda deyilir.
Bundan əlavə, Özbəkistandan Almaniyaya mütəxəssislərin hazırlanması və göndərilməsi sahəsində praktiki əməkdaşlığın “yol xəritəsi”nin hazırlanması təklif olunub.