Bank Of Baku

Özbəkistanda ölkə konstitusiyasının yeni redaksiyasına dair referendumda səsvermə başlayıb

Özbəkistanda ölkə konstitusiyasının yeni redaksiyasına dair referendumda səsvermə başlayıb
# 30 aprel 2023 09:30 (UTC +04:00)

Bazar günü Özbəkistanda konstitusiyanın yeni redaksiyasına dair qanun layihəsi üzrə referendumda səsvermə keçirilir.

Özbəkistanda Daşkəndin Yaşnabad rayonundakı Parkentskaya küçəsindəki orta məktəbdə yerləşən 619 saylı seçki məntəqəsində erkən vaxt olmasına baxmayaraq, vəziyyət kifayət qədər canlıdır və burada səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, referendum çox fəal başlayıb, vətəndaşlar məntəqə komissiyasının 9 üzvündən birinə yaxınlaşır, onlar pasport məlumatlarını yoxlayır, ümumi siyahıda qeyd edir və sonra səsvermə bülleteni verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR