Bank Of Baku

Pakistanda güclü istilər zamanı xəstəxanada kondisionerlərin işləməməsi 4 xəstənin ölümünə səbəb olub

Pakistanda güclü istilər zamanı xəstəxanada kondisionerlərin işləməməsi 4 xəstənin ölümünə səbəb olub
# 26 iyun 2023 09:30 (UTC +04:00)

Pakistanda xəstəxanada güclü istilər zamanı kondisionlərin işləməməsi xəstələrin ölümünə səbəb olub.

APA xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, Pakistanın Tibb Elmləri İnstitutunda çalışan həkimlər təcili yardımla gətirilən 4 xəstənin kondisionerlərin işləməməsi səbəbindən dünyasını dəyişdiyini bildiriblər. Həkimlər güclü istilər zamanı kondisionerlərin işləməməsinin xəstələrin ölümünə səbəb olduğunu və təcili tibbi yardımda işləməyin mümkünsüz olduğunu deyiblər.

Bildirilib ki, xəstəxanada ventilyasiya sisteminin quraşdırılması ilə əlaqədar 70-dən çox kondisioner sökülüb ki, bu da işçiləri və xəstələri çətin vəziyyətə qoyub.

İslamabadda havanın temperaturu son günlər 40 dərəcəni keçib. Ümumiliklikdə temperatur 48-52 dərəcə arasında dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR