Bank Of Baku

Pakistanda güclü yağışlar nəticəsində 4-ü uşaq olmaqla, 10 nəfər ölüb

Pakistanda güclü yağışlar nəticəsində 4-ü uşaq olmaqla, 10 nəfər ölüb
# 01 iyun 2021 08:36 (UTC +04:00)

Pakistanın Şərqi Pəncab əyalətində yağan güclü yağışlar nəticəsində 10 nəəfər ölüb, üç nəfər yaralanıb. 

APA Sinxua agentliyinə istinadən xəbər verir ki, Pəncabın Okara şəhərində güclü ildırım çaxması evin dam örtüyünü sıradan çıxarıb və nəticədə 4-ü uşaq olmaqla, 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bundan başqa, vilayətin digər ərazisində evin divarı aşaraq bir nəfərin ölümünə səbəb olub. Daha bir kişi isə ildırım vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Pakistan Meteorologiya Departamenti ölkənin müxtəlif yerlərində güclü küləklə yanaşı, şimşək çaxacağı barədə xəbərdarlıq edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR