Pekin Tayvandan gələn bəzi kənd təsərrüfatı məhsulları üçün rüsumsuz güzəştləri ləğv edəcək

Pekin Tayvandan gələn bəzi kənd təsərrüfatı məhsulları üçün rüsumsuz güzəştləri ləğv edəcək
# 19 sentyabr 2024 07:51 (UTC +04:00)

Çin sentyabrın 25-dən etibarən Tayvandan idxal edilən bəzi kənd təsərrüfatı məhsulları üçün güzəştli rejimi dayandıracaq.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

“25 sentyabr 2024-cü il tarixindən etibarən Tayvan bölgəsindən 34 növ kənd təsərrüfatı məhsulunun idxal rüsumlarından azad edilməsi siyasəti dayandırılacaq”, - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR