Bank Of Baku

Pekində xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Pekində xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb
# 19 aprel 2023 11:52 (UTC +04:00)

Pekində baş vermiş xəstəxana yanğını nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

APA “AssociatedPress”ə istinadən xəbər verir ki, həlak olanlardan 26 nəfərin xəstəxananın pasientləri olduğu açıqlanıb. Yanğın zamanı bir tibbi bacısı da həlak olub.

Məlumata görə, ötən gün günorta saatlarında Çanqfenq özəl xəstəxanasında yanğının başlamasından sonra 142 nəfər təxliyə edilib. Ümumilikdə 39 nəfərin isə yanıq xəsarətləri ilə müalicə aldığı, onlardan üçünün vəziyyətinin ağlı olduğu qeyd olunub.

Yanğına qaynaq işlərinin səbəb olduğu bildirilir. Hadisə ilə əlaqədar hospitalın rəhbəri və onun müavini, həmçinin tikinti işləri aparan heyətin rəhbəri olmaqla 12 nəfəri saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR