Bank Of Baku

Pentaqon Əfqanıstana daha 1000 əsgər göndərəcək

Pentaqon Əfqanıstana daha 1000 əsgər göndərəcək
# 16 avqust 2021 00:59 (UTC +04:00)

Pentaqon ABŞ vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün Kabilə yerləşdirilən ABŞ əsgərlərinin sayının 1000 nəfər artırılmasına icazə verib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin anonim mənbəyə istinadən verdiyi məlumata görə, 6000 əsgərin Əfqanıstanda müvəqqəti olaraq yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Co Bayden Əfqanıstana 5000 əsgərin göndərilməsinə icazə vermişdi, onların missiyası Kabildəki Amerika səfirliyinin şəxsi heyətinin təhlükəsiz şəkildə çıxarılmasını təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR