Bank Of Baku

Pentaqon Yəməndə məhv edilən hərbi obyektlərin sayını açıqlayıb

Pentaqon Yəməndə məhv edilən hərbi obyektlərin sayını açıqlayıb
# 24 yanvar 2024 08:42 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Yəmənin Husi üsyançılarının 25-dən çox reaktiv yaylım atəşi sistemini və 20-dən çox raketini məhv edib.

APA-nın məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Bizim hesablamalarımıza görə, yanvarın 11-dən bəri biz 25-dən çox raket buraxılış qurğusunu, 20-dən çox raketi məhv etmişik” – Rayder qeyd edib.

Bundan əlavə, Rayderin sözlərinə görə, zərbələr pilotsuz uçuş aparatlarının yerləşdiyi obyektləri, radarları, havadan müşahidə obyektlərini və silah anbarlarını hədəf alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR