İsrail müdafiə naziri Yoav Qallant və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
APA xəbər verir ki, telefon danışığı zamanı İsrailin şimalındakı vəziyyət müzakirə edilib.
Qallant ABŞ müdafiə nazirinə Hizbullahla razılaşma üçün vaxtın keçdiyini deyib: “Şimalda diplomatik həll fürsəti keçib gedir. Hizbullah HAMAS-a bağlanmağa davam edir – istiqamət bəllidir”.
Tərəflər həmçinin girovların azad edilməsini müzakirə ediblər.