Qəzzada ölən İsrail hərbçilərinin sayı 401 nəfər olub.
APA xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri yazıb.
İsrail Müdafiə Qüvvələrinin dünən 2, bu gün isə 3 hərbçisi Qəzza zolağında gedən döyüşlərdə öldürülüb və bununla da ordu Qəzzada 401 hərbçisini itirib.
Qeyd olunub ki, onlardan 72 nəfəri orada həyata keçirilən yerüstü hərbi əməliyyatlarda öldürülüb.