Bank Of Baku

Qırmızı dənizdə İran neft tankerində partlayış olub

Qırmızı dənizdə İran neft tankerində partlayış olub
# 11 oktyabr 2019 10:55 (UTC +04:00)

Səudiyyə Ərəbistanın Ciddə limanının 60 mil yaxınlığında Qırmızı dənizdə üzən İran neft tankerində partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, partlayış baş verən gəmi İranın Mİlli Neft Şirkətinə məxsusdur.

Partlayış nəticəsində gəminin iki əsas neft saxlacı sıradan çıxıb və neft Qırmızı dənizə axıb.

Hazırda partlayışın baş vermə səbəbləri  araşdırılır.

"Fars" agentliyi partlayışın terror hərəkəti nəticəsində baş verdiyini istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR